• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Pentaqon Kobanidə qələbəni elan etməyə tələsmir

  • Dünya
  • 27 Yanvar 2015 04:42
  • 302 Baxış
Pentaqon Kobanidə qələbəni elan etməyə tələsmir

Britaniyada yerləşən Suriyada İnsan Haqlarını Müşahidə qrupu və kürdlərin yüksək səviyyəli rəsmisi İdriss Nassan Suriyadakı kürd qüvvələr və İraq peşmərgələrinin Kobaninin nəzarətini ələ aldığını bildirib.

Lakin Türkiyədə ilə sərhəd bölgədə yerləşən Kobanidə İslam Dövləti qrupunun yaraqlılarına qarşı hərbi hava hücumları həyata keçirən ABŞ hərbi qüvvələri hələlik bu bəyanata ehtiyatla yanaşır.

Publika.az-ın məlumatına görə, Pentaqonun sözçüsü polkovnik Svit Uorren deyib ki, döyüşün bitdiyini demək hələ tezdir.

İslam Dövləti qrupunun iyul ayında hücumlarra başladığı vaxtdan Kobani sakinləri tədricən şəhəri tərk edib. Kobani İraq və Suriyada keçən il ərzində böyük əraziləri ələ keçirmiş sünni yaraqlılara qarşı mübarizənin simvoluna çevrilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR