Obama Hindistana 4 milyardlıq vəd verdi
Bizi izləyin

Dünya

Obama Hindistana 4 milyardlıq vəd verdi

Hinistanda səfərdə olan ABŞ prezidenti Barak Obama Hindistana 4 milyard dollar məbləğində investisiya və kredit ayrılacağına söz verib. Bununla belə o, dünyanın iki ən böyük demokratik ölkəsi arasında ticarət sədlərinin hələ də qaldığını deyib.

Publika.az-ın məlumatına görə, Obama böyük şirkət rəhbərlərinin qatıldığı biznes konfransda çıxışında deyib ki, iki ölkə arasında bir sıra müqavilələrin başa çatdırılması üçün hələ də maneələr qalmaqdadı.

O qeyd edib ki, ABŞ və Hindistan arasında illik ticarət dövriyyəsi yalnız 100 milyard dollardır, bu isə Amerikanın Çin şirkətləri ilə biznes müqavilələrinin beşdə birini təşkil edir.

Hindistanın Baş naziri Narendra Modi biznes şirkətləri üçün vergilərin ixtisar edilməsi və investisyiaların qarşısını alan maneələri aradan qaldırılması üçün islahatlar həyata keçirməyə söz verib.

Dünya Bankının reytinqinə əsasən, Hindistan biznes aparmaq dünyanın üçün ən çətin ölkələrindən biridir. Cənab Modi Hindistanın reytinqinin yüksəlməsinə çalışacağını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm