• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Rusiya əhalisinin 30%-i "Charlie Hebdo"nun müsəlmanları təhqir etdiyini düşünür

  • Dünya
  • 27 Yanvar 2015 07:49
  • 233 Baxış
Rusiya əhalisinin 30%-i "Charlie Hebdo"nun müsəlmanları təhqir etdiyini düşünür

Keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən, Rusiyalıların əksəriyyəti Charlie Hebdo satirik jurnalı redaksiyasının gülləbaran edilməsini pisləyir, lakin respondentlərin üçdə biri islamçıların redaksiyaya hücumunun səbəblərini başa düşdüyünü də qeyd edib.

Publika.az-ın məlumatına görə, VSİOM Ümumrusiya ictimai rəyin örənilməsi mərkəzi tərəfindən Rusiyanın 46 regionunda keçirilmiş rəy sorğusunda 1600 respondent iştirak edib.

Respondentlərin 39%-i Charlie Hebdo redaksiyasını gülləbaran etmiş Kuaşi qardaşlarının hərəkətinin "səbələrini anladıqlarını" bildiriblər.

Soruşulanların 30%-i dərrc edilmiş karikaturların müsəlmanların dini dəyərlərini təhqir etdiyini qayd edib. Respondentlərin 48%-i isə Kuaşi qardaşlarının hərəkətini "anlamadıqlarını və bəyənmədiklərini" qeyd ediblər. Rəyi soruşulanların 87%-i redaksiyaya silahlı hücumu və jurnalistlərin qətlini pisləyiblər.

Charlie Hebdo jurnalında karikaturaların dərc edilmişini Rusiyada müsəlmanlar kəskin tənqid edib. Yanvarın 19-da Qroznıda karikaturalar əleyhinə keçirilmiş yürüşdə 800 mindən çox adam iştirak etmişdi.

Rusiyanın nəzarətçi orqanı olan Roskomnadzor rusiya qəzet və jurnallarına müraciət edərək dini mövzularda karikaturaların dərcindən çəkinməyə çağırış edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR