“Boko Haram”dan qorxunc mesaj: “Zəhərlənəcəksiniz”
Bizi izləyin

Dünya

“Boko Haram”dan qorxunc mesaj: “Zəhərlənəcəksiniz”

Kamerunun şimalında hücumlarını artıran “Boko Haram” terror təşkilatı tərəfindən yayıldığı iddia edilən mesajlar narahatlığa gətirib çıxarıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mesajlarda bölgəyə göndərilən meyvələrin kimyəvi maddələrlə zəhərləndiyi deyilir.

Səlahiyyətlilər “Kamerunun şimalından gələn kök, alma, qarpız və digər meyvələri almayın, çünki “Boko Haram” bölgəyə kimyəvi maddələrlə zəhərlənmiş meyvələr göndərib” kimi qısa mesajların yayıldığını bildirib. Qısa mesajların “Boko Haram” tərəfindən yayıldığı iddia olunsa da, bu tam olaraq dəqiqləşməyib.

Hazırda Kamerun səlahiyyətliləri bütün mesajları araşdırmağa və müəlliflərini dəqiqləşdirməyə başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm