• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İordaniyadan İŞİD-ə təklif: yapon girov terrorçu qadınla dəyişdirilsin

  • Dünya
  • 27 Yanvar 2015 11:17
  • 371 Baxış
İordaniyadan İŞİD-ə təklif: yapon girov terrorçu qadınla dəyişdirilsin

İordaniya İŞİD-ə yapon girovun həbsdə olan terrorçu qadınla dəyişdirilməsini təklif edib. Həmin yaponla birlikdə Əmman 2014-cü ildə İordaniya hərbi-hava qüvvələrinə məxsus təyyarəsi Suriya üzərində vurulan pilotun da azad olunmasına nail olmaq istəyir.

AzərTAc xəbər verir ki, bu barədə Kyodo informasiya agentliyinin İordaniya parlamentinin xarici siyasət komitəsinin sədri Bassam əl-Manasirə əsasən yaydığı məlumatda bildirilir.

İordaniya parlamentinin deputatı bildirib ki, Əmman girovların azad olunması müqabilində terrorçulardan birini sərbəst buraxa bilər. Bassam əl-Manasir deyib: “Bir terrororçunun əvəzində girovların buraxılması problemin ən yaxşı həlli yoludur. Bununla bərabər, İŞİD-in girovların azad edilməsi üçün daha yuxarı qiymət təklif edəcəyi də gözləniləndir”.

Siyasətçi qeyd edib ki, öz təyyarəçisinin taleyi üçün narahat olan Əmman yapon girovun azad olunmasına ayrılıqda baxa bilməz. Əgər biz onu danışıqlardan kənara qoysaq, İŞİD təyyarəçini öldürə bilər.

Yanvarın 26-da Yaponiyanın Baş naziri Şinzo Abe Xarici İşlər Nazirliyinə İordaniya tərəfi ilə mümkün dəyişikliklə bağlı danışıqları fəallaşdırmağı tapşırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR