Qumbaranın “Coca-Cola”dan ucuz satıldığı o ölkə...
Bizi izləyin

Dünya

Qumbaranın “Coca-Cola”dan ucuz satıldığı o ölkə...

İllərdir vətəndaş müharibəsinin davam etdiyi Mərkəzi Afrika Respublikasında qumbaralar “Coca-Cola”dan daha ucuz satılır.

Publika.az xarici mediaya istinadən verdiyi məlumata görə, ölkədə qumbaraları 50 centdən 1 dollara qədər müxtəlif qiymətlərə əldə etmək mümkündür.

Ölkədə 2012-ci il dekabr ayından başlanan qarşıdurmalar hər keçən gün daha da güclənir. “Anti-Balaka” qrupu ətrafında toplanan xristianlarla “Seleka” adlı müsəlman qrup arasında baş verən qarşıdurmalarda indiyə kimi minlərlə adam həyatını itirib. İngiltərədə hazırlanan hesabatda Mərkəzi Afrika Respublikasının böyük bir silah bazarına çevrildiyi əksini tapıb.

Məlumata görə, qumbaralar ölkəyə Çin və Bolqarıstandan gətirilir. Ölkədə vuruşan qrupların silahlandırılmasında Sudan, İran, İngiltərə, Belçika, İspaniya və Çexiya kimi ölkələr mühüm rol oynayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm