Rusiyalı hərbçilər “DXR” döyüşçüsünə necə çevrilir? - FOTOFAKT
Bizi izləyin

Dünya

Rusiyalı hərbçilər “DXR” döyüşçüsünə necə çevrilir? - FOTOFAKT

Ukrayna prezidentinin köməkçisi, xalq deputatı Yuri Lusenko Rusiya hərbçilərinin Donbas hövzəsində müharibədə iştirakının növbəti sübutunu nümayiş etdirib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, deputat Rusiya hərbçilərinin “Donetsk Xalq Respublikası”nın döyüşçülərinə necə çevrildiyini fotofaktlarla göstərib.

Ukraynalı siyasətçi “Facebook” səhifəsində rusiyalı Oleq Sergeyevə verilmiş Rusiya Federasiyası və “DXR”in hərbi biletlərinin fotosunu yerləşdirib.

“Fotoda Rusiya Federasiyasının hərbi qulluqçusunun “DXR”in döyüşçüsünə çevrilməsi prosesi nümayiş etdirilir. Lavrov və Putin vətəndaş müharibəsi və Ukraynada NATO legionları haqqında yalan danışır. Baş verənlər imperiyanın tam beynəlxalq təcridinə imkan yaradacaq. Qələbə bizim olacaq” Lusenko yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm