Əbru Gündəş və qardaşı Rza Zərrabı belə aldadıb - Ailə xəyanəti
Bizi izləyin

Dünya

Əbru Gündəş və qardaşı Rza Zərrabı belə aldadıb - Ailə xəyanəti

İfadəyə görə prokurora veriləcəyi iddia edilən 200 min dollar üçün Gündeş və Kumartaşlıoğlu arasında "Mən istəyə bilmərəm, sən istə" mübahisəsi olub.

Müğənni Əbru Gündeşin həyat yoldaşı Rza Zərrab ötən il 17 dekabrda keçirilmiş əməliyyat zamanı nəzarətə alınıb həbs olunaraq Metris Həbsxanasına atılmışdı. Gündeş isə böyük qardaşı Çingiz Kumartaşlıoğluyla birlikdə 31 dekabr gecəsi İstanbul Maliyyə Cinayətlərləri ilə Mübarizə Şöbəsində 2 saat ifadə vermişdi. İfadələrin sui-istifadə istintaqı daxilində alındığı deyilmişdi. Ancaq Gündeşin o gecə verdiyi 13 səhifəlik ifadə, istintaqın əslində "xüsusi fırıldaqçılıq" iddiasına bağlı olduğunu göstərir. Publika.Az türk mediasına istinadən hadisələrin xronologiyasını təqdim edir.

Polis izinə düşdü

Zərrabın "dollar işi" aprdığı Cəfər Saran adlı bir adam qaçaq mühacirlərlə bağlı 2012-ci ildə reallaşdırılan bir əməliyyatda nəzarətə alındı. Zərrab, C. Saranın sərbəst buraxılması üçün polsi sisteminə yol arasa da, Saran həbs olunub. Bu zaman ortalığa Gündeş və Kumartaşlıoğlu girir. Saranın sərbəst buraxılması, ya da hüquqi prosedurların sürətləndirilməsi üçün Kumartaşlıoğlu İstanbulda B. A adlı bir prokurorla ünsiyyət yaradıb. Bu müddətdə Zərrab, Gündeş və Kumartaşlıoğlu arasındakı telefon danışıqalrı polis nəzarətində olur. Telefon qeydlərinə görə prokuror B. A. normal hüquqi prosedurları izah edərək dosyehaqqında məlumatlar verdi, iddia açılması müddətinin necə sürətləndirilə biləcəyini izah edib. Ancaq Gündeş və Kumartaşlıoğlu sanki prokurora veriləcəkmiş kimi Zərrabdan 200 min dollar istəyiblər. Zərrab da pulu verməyə razı olub. Əbru Gündeş, Zərraba öz katibinin hesab nömrəsini verərək pulun oraya köçürülməsini istəyib. Gündeş, böyük qardaşı Kumartaşlıoğluna da Zərraba pulun bu əməliyyatlar üçün ödəndiyini söyləməsini xahiş edib.

Gündeş: Göz yumdum

Məhz bu iddialar yeni il gecəsi Maliyyə Şöbəsi polisləri tərəfindən Gündeşdən soruşulub. Aylıq gəlirinin 50 min lirə olduğunu söyləyən Gündeş əvvəl "Mən iddia müddətinin sürətlənməsi üçün kimsədən pul tələb etməmişəm, belə bir mövzuya da vasitəçilik etməmişəm. Böyük qardaşım bu pulu özü üçün götürmüş ola bilər" deyib. Ancaq daha sonra Gündeşə; yoldaşı, böyük qardaşı və katibi ilə apardığı telefon danışıqları oxunub və yenidən nə deyəcəyi soruşulub. Gündeş, bu dəfə telefon danışıqlarını qəbul edib:

"B. A. adlı prokuror bu məlumatları verməsi qarşılığında pul götürmədi. Böyük qardaşımın pula ehtiyacı olması və mənim də əlimdə istənən miqdarda nağd pul olmadığınan yoldaşımdan da böyük qardaşım üçün pul almaq istəmədiyimdən böyük qardaşımın bu şəkildə yoldaşımdan pul götürməsinə göz yumdum. Cəfər Saran adlı şəxsi tanımıram, bu zamana qədər nə telefonla söhbətimiz, nə də üz-üzə görüşümüz olmayıb. Alınan pulun böyük qardaşım tərəfindən harada istifadə edildiyini bilmirəm."

Zərraba ‘Generalım' deyirdi

İfadəyə görə prokurora veriləcəyi iddia edilən 200 min dollar üçün Gündeş və Kumartaşlıoğlu arasında "Mən istəyə bilmərəm, sən istə" mübahisəsi olub. Gündeşin Kumartaşlıoğluna "200 min dollar istə" deyə mesaj göndərdiyi, Kumartaşlıoğlunun isə "Necə istəyim. Sən söylə Əbru" deyə yazdığı öyrənilib. Qeydlərdə Kumartaşlıoğlunun, Zərraba "Generalım" deyə xitab etdiyi qeyd olunur.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm