• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

İŞİD İordaniya hökumətinə 24 saat vaxt verdi

  • Dünya
  • 27 Yanvar 2015 23:51
  • 605 Baxış
İŞİD İordaniya hökumətinə 24 saat vaxt verdi

İŞİD terror qruplaşması İordaniyada həbsdə olan 40 yaşlı iraqlı terrorçu qadın Sajida əl-Rişavinin azad olunması üçün 24 saat vaxt verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD internet vasitəsilə yaydığı videoda terrorçu qadının azad edilməyəcəyi halda iordaniyalı pilot Muat Safi əl-Kasiyeşbi və yapon jurnalist Kenji Qotonu öldürəcəklərini açıqlayıb.

Həmin qadın 2005-ci il noyabr ayında İordaniyanın paytaxtı Ammanda üzərində yerləşdirdiyi partlayışı qurğunu partlatmaq istəyərkən, yaxalanıb. O, “ Radisson SAS“ hotelində keçirilən toy məçlisində əri ilə birlikdə partlayış törətməliydi.

Kenji Qotonun ailəsinə yazdığı mesajda deyilir ki, əgər İordaniya hökuməti iraqlı qadını buraxsa, onlar da yapon əsiri azad edəcəklər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR