ABŞ üçün təhlükə sovuşdu
Bizi izləyin

Dünya

ABŞ üçün təhlükə sovuşdu

Qar fırtınası Nyu-York üçün sinoptiklərin proqnozlaşdırdığı qədər də qorxulu olmayıb.

Publika.az xəbər verir ki, fırtınadan sonra qar örtüyünün qalınlığı yalnız bir sıra rayonlarda əvvəlcədən deyilən 90 santimetr əvəzinə, cəmi 15 santimetrə çatıb. Məlmata görə, yerli hakimiyyət orqanları avtomobil nəqliyyatının hərəkətinə qoyulan qadağanı ləğv ediblər. Bir çox müəssisələr və mağazalar açılıb. Nyu-Yorkun meri şəhərin tezliklə normal həyata qayıdacağını vəd edib.

Qar fırtınası səbəbindən Nyu-York, Filadelfiya və Boston aeroportlarında aviareyslərin 80 faizi ləğv edilmişdi. Meteoroloqların güclü qar yağacağı barədə xəbərdarlığına əsasən səkkiz ştatda fövqəladə vəziyyət rejimi elan olunmuşdu.

Meteoroloji xidmət bir müddət sonra potensial təhlükə səviyyəsini azaldıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm