• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qurbanların axtarışı dayandırıldı

  • Dünya
  • 28 Yanvar 2015 04:53
  • 337 Baxış
Qurbanların axtarışı dayandırıldı

İndoneziya rəsmiləri “AirAsia” şirkətinə məxsus qəzaya uğramış təyyarənin dənizin dibindən qaldırılması əməliyyatının başa çatdığını bəyan ediblər.

Təyyarənin Yava dənizinin dibində olan ən böyük parçasını suyun üzərinə qaldırmaq cəhdi uğursuzluqla nəticələnib. Bu barədə İndoneziyanın Qərb donanmasının komandanı kontr-admiral Vidodo məlumat verib.

Kontr-admiral bildirib ki, qəzanın digər qurbanlarının cəsədlərinin tapılması üçün əldə olan bütün imkanlardan istifadə edilsə də bu, mümkün olmayıb. O, qəza zamanı həlak olanların ailə üzvlərindən üzr istəyib.

Son məlumatlara görə, qəzaya uğramış təyyarədə olan 162 nəfərdən 70-nin cəsədi tapılıb.

Ağır hava şəraiti əməliyyatı davam etdirməyə imkan vermir. Bundan əlavə, təyyarənin fyuzelyajı qaldırma əməliyyatı zamanı bir neçə hissəyə parçalanıb.

Yaxın günlərdə qəzanın səbəbləri barədə hesabatın Beynəlxalq Mülki Aviasiya Təşkilatına təhvil veriləcəyi bildirilir.

Xatırladaq ki, dekabrın 28-də Surabayadan Sinqapura uçan “AirAsia” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan 42 dəqiqə sonra Kalimantan adaları rayonunda radarların ekranlarından itib. Xilasedicilər onun parçalarını Yava dənizinin dibində aşkar ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR