Medvedev “zibil”ə münasibət bildirdi
Bizi izləyin

Dünya

Medvedev “zibil”ə münasibət bildirdi

Rusiyanın baş naziri Dimitri Medvedev beynəlxalq agentliyin Rusiyanın kredit reytinqini zibil səviyyəsinə endirmsinin siyasi motivli olduğunu deyib.

Publika.az-ın məlumatına görə, o, bu barədə Standard & Poor's (S&P) agentliyinin hesabatını şərh edərkən deyib.

Medvedev bu reytinqlərin açıq-aydın siyasi alət olduğunu bildirib. S&P beynəlxalq agentliyi Rusiyanın kredit reytinqini "BB+" səviyyəsinə salıb. Bu səviyyəyə "zibil" də deyirlər.

Bu o deməkdir ki, sərmayə fondları Rusiyanın dövlət istiqrazlarından xilas olmağa başlayacaqlar. Sonuncu dəfə Rusiyanın reytinqi bu səviyyədə 2004-cü ildə olub.

Ukraynaya təcavüzündən sonra Qərbin sanksiyaları ilə üzləşən Rusiyada iqtisadi vəziyyət pisləşib. Son 1 ildə ölkədən 151 milyard dollar kapital çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm