Obama yeni kralla neft bazarını müzakirə edib
Bizi izləyin

Dünya

Obama yeni kralla neft bazarını müzakirə edib

ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanı kralı Abdullanın vəfatından sonra Birləşmiş Ştatlar tərəfindən baş sağlığı vermək üçün 30 nəfərlik nümayəndə heyəti ilə Ər-Riyada səfər edib.

Publika.az-ın məlumatına görə, nümayəndə heyətində hazırkı və əvvəlki administrasiya rəsmiləri və qanunvericilər təmsil olunub. ABŞ Dövlət katbib Con Kerri, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan və ABŞ-ın Mərkəzi Komandalığının generalı Lloyd Ostin Obama administrasiyasının yüksək səviyyəli nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanına səfər edənlər arasındadır. ABŞ-ın keçmiş dövlət katibləri Ceyms Beyker və Kondoliza Rays, eləcə də milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavirlər Brent Skoukroft və Stiven Hedli də Birləşmiş Ştatların nümayəndə heyətinə daxil edilib.

Prezident Obama ilk dəfə olaraq Səudiyyə Ərəbistanının yeni kralı Salman bin Əbdüləzizlə görüşüb. ABŞ rəsmiləri görüş zamanı Yaxın Şərqdə təhlükəsizlik və neft bazarında sabitliklə bağlı bir sıra məsələlərin müzakirə edildiyini bildirib. Cənab Obamanın danışıqlar zamanı insan hüquqları məsələsini də qaldırdığı bildirilir.

Prezident Obamanın sözçüsü Ben Rodsun verdiyi açıqlamaya əsasən, yeni kral Birləşmiş Ştatlarla qarşılıqlı maraqlar əsasında qurulmuş münasibətlərin davam etdirilməsinə hazırdır.

Keçən həftə Səudiyyə Ərəbistanı kralı Abdullanın ölümündən sonra insan haqları qrupları ölkədə məhbusların edamları, qadınlar və azlıqlara qarşı ayrı-seçkilik və siyasi dissidentlərin təqibləri kimi halların mövcud olduğunu vurğulamağa başlayıb .

Ağ Evin sözçüsü ölkədə insan haqları sahəsində vəziyyətin yaxşılaşması üçün görüləsi çox iş olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm