Ekspert: “Ukrayna hakimiyyəti öz ağlı ilə düşünsəydi, Rusiya...”
Bizi izləyin

Dünya

Ekspert: “Ukrayna hakimiyyəti öz ağlı ilə düşünsəydi, Rusiya...”

“Heç bir yeni sanksiya Rusiyanı Ukraynanın ərazisini tutmaqdan imtina etməyə məcbur etməyəcək”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Ukrayna Analitik Mərkəzinin prezidenti Aleksandr Oxrimenko Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edə biləcəyi barədə informasiyanı şərh edərkən deyib.

Qeyd edək ki, Avropa Birliyinin Məsləhət Şurası yanvarın 29-da Ukraynadakı vəziyyətlə bağlı fövqəladə iclasını keçirəcək. İclasda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsinə baxılacağı gözlənilir.

“Putini artıq heç bir sanksiya qorxutmur. Avropa BirliyiUkrayna hökumətinə anlatmağa çalışdı ki, Rusiya onların müttəfiqi və işgüzar partnyorudur. Avropa Birliyi həmçinin anlatmağa çalışdı ki, Ukrayna ərazisinin Rusiya tərəfindən tutulması Ukrayna hakimiyyətinin problemidir, Avropa Birliyinin baş ağrısı deyil”, - ukraynalı ekspert bildirib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti ABŞ və Avropa Birliyinin göstərişlərini yerinə yetirmədən öz ağlı ilə düşünsəydi, Rusiya ilə müəyyən güzəştlərə nail olmaq mümkün idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm