Putin silah satışından qazandığı pulun məbləğini açıqladı
Bizi izləyin

Dünya

Putin silah satışından qazandığı pulun məbləğini açıqladı

Rusiyanın 2014-ci ildə xarici ölkələrə satdığı silah və hərbi texnikanın dəyəri 15 milyard dolları ötüb.

Publika.az “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq üzrə komissiyanın iclasında bildirib.

Putinin sözlərinə görə, Rusiya ötən il ümumilikdə dünyanın 60-dan çox ölkəsinə silah və hərbi texnika satıb. Dövlət başçısı hərbi təyinatlı yeni müqavilələrin həcminin 14 milyard dollar olduğunu deyib. O, qeyd edib ki, Rusiya Asiya-Sakit okeanı regionu, həmçinin Afrika və Latın Amerikası ölkələri ilə hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyətindədir.

“İnterfaks”ın yazdığına görə, 2013-cü ildə Rusiyanın hərbi ixracı 15,7 milyard dollar təşkil edib. Ekspertlər Qərbin iqtisadi sanksiyaları ilə əlaqədar olaraq xarici dövlətlərlə hərbi-texniki əməkdaşlığın zəifləyəcəyini proqnozlaşdırırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm