• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Medvedev Qərbi hədələdi

  • Dünya
  • 28 Yanvar 2015 08:16
  • 672 Baxış
Medvedev Qərbi hədələdi

“Rusiyanın Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətindən kənarlaşdırılması barədə qərarlar qəbul olunarsa, buna reaksiyamızın miqyası çox geniş olacaq”.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər veriri ki, bu sözləri Rusiya baş naziri Dmitri Medvedev Rusiyanın SWIFT maliyyə sistemindən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) kənarlaşdırılması ilə bağlı Qərb paytaxtlarında səsləndirilən fikirləri şərh edərkən deyib.

“Rusiyanın SWIFT maliyyə sistemindən kənarlaşdırılması barədə düşünməyə başlayıblar. Yaşayaq görək, nə olacaq. Bu cür qərarların qəbul olunacağı halda bizim iqtisadi və başqa reaksiyalarımız məhdudiyyətlərsiz olacaq”, - Nazirlər Kabinetinin müşavirəsində Medvedev bildirib.

Qeyd edək ki, Avropa Birliyinin (AB) xarici işlər nazirlərinin yanvarın 29-da keçiriləcək toplantısında Rusiyaya qarşı yeni sanksiyalar müzakirə ediləcək və fevralın 12-də AB-nin sammitində sanksiyalar qəbul oluna bilər. Bundan sonra isə növbəti addım olaraq Rusiyanın SWIFT maliyyə sistemindən kənarlaşdırılması gündəmə gələ bilər. AB Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edəcəyi halda SWIFT Rusiya banklarına xidmət göstərməyi dayandıracaq. SWIFT-dən bildirilib ki, bunun üçün beynəlxalq qərarlar qurumun fəaliyyəti üçün əsas təşkil edir. Bu halda nə baş verəcək? Əgər hansısa bir ölkənin sözügedən sistemə sistemə girişi bağlanarsa, onun iqtisadiyyatını çökdürmək olar.

ABŞ Dövlət Administrasiyası da Rusiyanın SWIFT sistemindən kənarlaşdırılacağına ümid edir. “ABŞ Ukrayna məsələsində əvvəlki kimi diplomatik həllə üstünlük verir. Amma bu variant hələ lazımlı effekt verməyib. Başqa yola gəlincə, bizim Rusiyaya təsir imkanlarımız hələ bitməyib”, - Dövlət Administrasiyasındakı mənbə bildirib. O, Rusiyanın SWIFT sistemindən kənarlaşdırılmasının bu ölkə üçün çox ağrılı olacağını deyib

Rusiya “VTB” Bankının başçısı Andrey Kostin isə bildirib ki, Rusiya banklarının SWIFT sistemindən kənarlaşdırılması müharibə elanına bərabərdir. Bankirin fikrincə, belə bir addımdan sonra ABŞ-ın Rusiyadakı səfiri ölkəni dərhal tərk etməlidir.

Qeyd edək ki, dünyanın 200-dən çox ölkəsinin 10,5 mindən çox bankı Belçikanın La-Yulp şəhərində yerləşən SWIFT-in xidmətlərindən xarici banklara pul göndərmək üçün istifadə edir. Sistemdən kənarlaşdırılması istənilən ölkənin maliyyə baxımdan tam çökməsi deməkdir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR