AŞPA Rusiya ilə bağlı qətnamə qəbul etdi
Bizi izləyin

Dünya

AŞPA Rusiya ilə bağlı qətnamə qəbul etdi

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Ukraynada humanitar vəziyyət və qaçqınlar haqqında qətnaməni qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qətnaməni iclasda iştirak edən 155 deputatdan 140-ı dəstəkləyib, 7 deputat qarşı çıxıb.

Rusiya deputatları qətnamənin əleyhinə səs veriblər. AŞPA Rusiyanı Ukraynada terrorizmi maliyyələşdirməməyə, qanunsuz silahlı qruplara dəstək göstərməməyə, həmçinin Minsk razılaşmalarının icrası üçün separatçılara təsir etməyə çağırıb.

Qətnamədə həmçinin Rusiyada həbsdə olan Ukraynanın xalq deputatı Nadejdu Savçenko və bütün digər müharibə əsirlərinin azad edilməsinə çağırış yer alıb. AŞPA onların hamısının Rusiya həbsxanalarında qanunsuz saxlanıldığını bildirib.

Qətnamədə həmçinin qeyd olunub ki, Rusiya Donbas hövzəsinə göndərdiyi yük maşınları əslində humanitar yardım deyil və Rusiya bununla beynəlxalq hüququ pozur. Krımın Rusiya tərəfindən zəbtinin də qanunsuz olduğu qətnamədə əksini tapıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm