Müsəlman dini rəhbəri: “selfie” günahdır
Bizi izləyin

Dünya

Müsəlman dini rəhbəri: “selfie” günahdır

Müsəlman din adamı “selfie” şəkil çəkdirməyi günah adlandırıb. O, bunu lovğalıq və təkəbbürlə əlaqələndirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur indoneziyalı din adamı Feliks Siay “selfie” çəkdirməyin düzgün olmadığını dəlillərlə özünün “Twitter” səhifəsində izah edib. O, daha çox “selfie” çəkdirən müsəlman qadınları natəmiz adlandırıb.

Onun sözlərinə görə, “selfie” çəkdirən insanlar sosial cəhətdən tanınmaq istəyir və fotolar onlara özlərini digərlərindən yaxşı hiss etməsinə yardım edir. O deyib: “Biz ən pis günaha - lovğalığa düçar olmuşuq”.

“Twitter” sosial şəbəkəsində mindən çox izləyicisi olan Siay deyib: “Son zamanlar müsəlman qadınları utanmadan “selfie” çəkdirir. Allahım, qadınların saflığı harada qaldı?”

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm