Rza Zərrab 10 günə qədər azadlığa çıxacaq
Bizi izləyin

Dünya

Rza Zərrab 10 günə qədər azadlığa çıxacaq

Cümhuriyyətçi Xalq Partiyasının sədr müavini, millət vəkili Gürsel Tekin hökumətə qarşı iddialar səsləndirib

Türkiyədə 17 dekabr rüşvət və korrupsiya qalmaqlı çərçivəsində həbs olunan biznesmen Rza Zerrab fevralın 25-də azadlığa buraxılacaq.


ANS PRESS-in xəbərinə görə, bu iddialarla Cümhuriyyətçi Xalq Partiyasının (CHP) sədr müavini, millət vəkili Gürsel Tekin çıxış edib. Tekin iştirak etdiyi tədbirdə hökumətə qarşı iddialar səsləndirib.


“Bu ölkəni soyan adam bu gün azadlığa buraxılıb. Burdan tarix verirəm. Fevralın 25-də Rza Zerrab da azadlığa buraxılacaq. Mən bir şeyi tələb edirəm.

Cəsarətiniz varsa, 76 milyona hörmətiniz varsa Rza Zerrabın ofisinə girib-çıxanların video-çarxını ictimaiyyətlə paylaşın. O görüntüləri görənlər siyasətdən nifrət edəcəklər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm