• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiyalı yazıçı: “Hər iki dünya müharibəsinin gedişatını Bakı dəyişib”

  • Dünya
  • 28 Yanvar 2015 17:04
  • 967 Baxış
Rusiyalı yazıçı: “Hər iki dünya müharibəsinin gedişatını Bakı dəyişib”

“Bakı nefti olmasaydı, SSRİ Böyük Vətən müharibəsində uduza bilərdi”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı yazıçı və tarixçi Aleksandr Qoryanin “vestikavkaza.ru” saytına müsahibəsində deyib.

O həmçinin Birinci Dünya müharibəsində də Bakının müharibənin gedişatına güclü təsir etdiyini deyib: “Məsələ ondadır ki, almanlar 1918-ci ildə özlərinin son hücumuna başladılar. Çünki Brest sülhündən sonra rus cəbhəsi yox idi. Almanlar Qərb cəbhəsində fəallaşaraq Parisə son hücuma başladılar. Onlar heç nəyə baxmayaraq, müharibəni udmaq gücündə idi. Amma birdən-birə onlarda yanaçağın bütün mənbələri tükəndi. Mosulu ingilislər ələ keçirdilər. Almaniya ümid edirdi ki, türk ordusu Bakıya tezliklə daxil olacaq. Bakı və Batumi arasında neft kəməri hələ çar vaxtında tikilmişdi. Neft buradan Bolqarıstana yola salınırdı. Bu marşrut neftin maksimum iki həftəyə çatdırılmasına imkan verirdi. Rus generalı Georgi Dokuçayev isə Bakını 6 həftə türk hücumundan müdafiə etməyi bacardı. Bu həftələr isə müharibədə həlledici oldu”.

“Mən əminəm və hətta təkid edirəm ki, SSRİ Bakı nefti olmadan Böyük Vətən müharibəsində uduza bilərdi”, - rusiyalı yazıçı bildirib.

Moskva və Bakı arasında bugünkü münasibətlərə gəlincə, Aleksandr Qoryanin qeyd edir ki, iki tərəfin gözləntiləri hansısa nöqtədə üst-üstə düşmür: “Azərbaycan ümid edir və hesablayır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində ona kömək edəcək. Rusiya isə bu problemi Azərbaycanın istədiyi şəkildə həll edə bilmir. Çünki digər tərəfdə Rusiya üçün əhəmiyyəti heç də Azərbaycandan az olmayan müttəfiqi var. Ermənistan və Azərbaycanda bu məsələyə yanaşmalar bir-birinə qarşıdır. Mən qorxuram ki, münaqişə onilliklərlə davam edəcək. Məncə, Azərbaycan çox səbr nümayiş etdirir. Əgər Qarabağ problemini həll etmək mümkün olsa, yaxşı münasibətlər üçün böyük potensial var. Hərçənd münaqişəni həll etmək çox çətindir”.

Rusiyalı tarixçi hesab edir ki, Rusiya və Cənubi Qafqaz ölkələri arasındakı münasibətlərin gələcəyi ilə bağlı optimizm üçün səbəblər var: “Məsələ ondadır ki, Rusiya buradan heç bir yerə yox olmayacaq. Çünki bizi Cənubi Qafqazla həmişəlik qonşu qalacağıq. Cənubi Qafqazın hər üç respublikası Rusiyayla bağlıdır. Təbii ki, onların özlərinə məxsus mədəniyyətləri var, amma geniş mənada rus dili, mədəniyyəti və rus informasiya sahəsində qalıblar”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR