Meksikada yoxa çıxan 43 tələbədən xəbər var
Bizi izləyin

Dünya

Meksikada yoxa çıxan 43 tələbədən xəbər var

Meksikanın baş prokuroru Xesus Murilo Karam dörd ay bundan əvvəl Gerrero ştatında itən 43 tələbənin həlak olduğunu təsdiqləyib.

Publika.az-ın məlumatına görə, prokuror deyib ki, “Fırça” ləqəbli cinayətkar Felipe Rodriges tələbələrin qaçırılmasında və öldürülməsində iştirak etdiyini boynuna alıb. O deyib ki, öldürülən tələbələrin cəsədləri yandırılaraq qalıqları çaya atılıb.

Tələbələrin oğurlanmasına görə ümumilikdə 99 nəfər saxlanılıb. Baş prokuror, həmçinin bu hadisənin bütün təfərrüatlarına aydınlıq gətirilməsi və qətllərdə əli olan cinayətkarların hamısının tapılaraq cəzalandırılması üçün təhqiqatların davam edəcəyinə söz verib.

Qeyd edək ki, sentyabrın 26-da İquala şəhərində polislərin və mülki geyimli şəxslərin təhsil sahəsində islahatlara etiraz edən tələbələri atəşə tutması nəticəsində 6 nəfər ölmüş, 25 nəfər yaralanmış, 43 nəfər isə itkin düşmüşdü.

İstintaq zamanı tələbələrin polis işçiləri tərəfindən tutularaq, sonradan cinayətkar qrupa təhvil verilməsi faktı aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm