Moskva Almaniyaya damğa vurmağa hazırlaşır
Bizi izləyin

Dünya

Moskva Almaniyaya damğa vurmağa hazırlaşır

Rusiya Dövlət Duması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Rusiya ilə bağlı qəbul etdiyi tənqidi qətnaməyə cavab vermək niyyətindədir.

Publika.az “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, Dövlət Dumasının sədri Sergey Narışkin beynəlxalq işlər üzrə komitəyə “Almaniya Demokratik Respublikasının Almaniya Federativ Respublikası tərəfindən 1989-cu ildə zəbt edilməsi” barədə bəyanat üzərində işləməyi tapşırıb.

Belə bir təşəbbüslə isə Rusiya Kommunist Partiyasından olan deputat Nikolay İvanov çıxış edib. Kommunist deputat bildirib ki, Krımdan fərqli olaraq Almaniya Demokratik Respublikasında ümumxalq referendum keçirilməyib.

Xatırladaq ki, AŞPA 2014-cü ilin aprelində keçirilən sessiyada Krımın ilhaqına görə Rusiyanı pisləyib və 2014-cü ilin sonuna kimi Rusiya nümayəndə heyətini qurumda səsvermə hüququndan məhrum edib. Hazırda isə həmin qərarın qüvvədə qalıb-qalmayacağı məsələsi həllini tapmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm