Rusiyada Donbas üçün döyüşçülər hazırlayan gizli baza – VİDEO
Bizi izləyin

Dünya

Rusiyada Donbas üçün döyüşçülər hazırlayan gizli baza – VİDEO

BBC-nin rus xidməti Sankt-Peterburqda Donbas hövzəsinin döyüşçüləri üçün yaradılan məxfi məşq bazasını lentə ala bilib.

Publika.az xəbər verir ki, bazada döyüşçülər ilk hərbi hazırlığı keçir və daha sonra Şərqi Ukraynaya vuruşmaq üçün göndərilirlər.

Bazanın dəqiq ünvanı açıqlanmır. BBC-nin rus xidmətinin əməkdaşı qeyd edir ki, onlara qədər heç bir jurnalist gizli məşq bazasını lentə almağa nail olmayıb.

BBC-nin rus xidməti həmçinin Donbas hövzəsindəki müharibə ilə bağlı sənədli film çəkib. Döyüşçülər açıq şəkildə etiraf edirlər ki, onlar rusiyalılardır. Onlardan biri hətta pasportunu göstərib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm