Türkmənistanda qara maşın qadağası
Bizi izləyin

Dünya

Türkmənistanda qara maşın qadağası

Türkmənistan gömrük rəsmiləri qara rəngli avtomobillərin ölkəyə idxalını qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə Vyanadakı Chrono-tm.org müxalifət vebsaytı xəbər yayıb. Qadağanın səbəbi göstərilməsə də, idxalçılara ağ rəngli avtomobilin alınması məsləhət görülüb, çünki vebsaytda deyildiyi kimi "bu rəng bəxt açan rəng sayılır".

Prezident Qurbanqulu Berdımuhamedov bu yaxınlarda ictimai tədbirlərə ağ maşınlardan ibarət avtomobil kortejində gəlməyə başlayıb.

Ölkənin 160-a yaxın yüksək rütbəli məmuru dərhal onun hərəkətini təkrarlayıb.

Ölkədə eləcə də dəbdəbəli avtomobillərə və ümumi qaydalara uyğun gəlməyən avtomobil nömrə lövhələrinə qadağa qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm