• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

BMT Qəzzaya yardımı dayandırdı

  • Dünya
  • 29 Yanvar 2015 09:14
  • 289 Baxış
BMT Qəzzaya yardımı dayandırdı

Birləşmiş Millətlər Təşkilatı İsrail hücumları zamanı xarabalığa çevrilən Qəzzaya maddi yardımı dayandırıb.

Publika.az-ın məlumatına görə, bu barədə BMT idarəsinin rəhbəri Pyer Krahenbul açıqlama verib. İdarə rəisi xarici donorları sözlərini tutmağa və lazımı maddi yardımı verməyə çağırıb.

BMT-nin fələstinli qaçqınlarla iş üzrə idarəsinin baş komissarı Pyer Krahenbul Qəzzadakı situasiyanın kritik olduğunu qeyd edib və bildirib ki, idarə onminlərlə fələstinli ailəsinə yardımı dayandırmaq məcburiyyətində qaldığı üçün məyusdur.

“Biz qəzzalılar qarşısındakı öhdəliklərimizdən imtina etməyəcəyik. Biz enerjimizi bu işləri bərpa etmək məqsədilə pul toplamağa səfərbər edəcəyik ”, - deyə o Twitterdə yazıb.

BMT-nin fələstinli qaçqınlarla iş üzrə idarəsi bəyanatında martın sonunadək zərər dəymiş binaları bərpa etmək və yaşamağa yerləri olmayan insanlara kirayə ev tutmaq üçün 100 milyon dollara ehtiyac olduğunu bildirib. 96 min dağılmış binanın bərpasının xərci 720 milyon dollardır, ancaq donorlar indiyədək sadəcə 135 milyon dollar təmin edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR