• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Çavuşoğlu: “Ermənistan və erməni lobbisi Türkiyənin əlini sıxmağa hazır deyil”

  • Dünya
  • 29 Yanvar 2015 10:54
  • 305 Baxış
Çavuşoğlu: “Ermənistan və erməni lobbisi Türkiyənin əlini sıxmağa hazır deyil”

Ermənistan və erməni lobbisi Türkiyənin dostluq əlini sıxmağa hazır deyil. Trend cümə axşamı Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözlərinə görə, 1915-ci il hadisələrinin “ermənilərin soyqırımı” kimi fəal şəkildə təbliği buna əyani misaldır.

Nazir həmçinin qeyd edib ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələrinin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan etsə də, Ermənistan daim Ankaranın bu təklifini rədd edib.

Çavuşoğlu qeyd edib ki, Türkiyə ermənilərin təbliğatına qarşı tədbirlər görür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR