İŞİD Pakistan və Əfqanıstana keçir - TƏHLÜKƏ
Bizi izləyin

Dünya

İŞİD Pakistan və Əfqanıstana keçir - TƏHLÜKƏ

“İslam Dövləti” (İŞİD) terror qruplaşması "Taliban"dan ayrılan bir qrupla Pakistan və Əfqanıstanda təşkilatlanmağa başladığını bəyan edib.

Publika.az xəbər verir ki, İŞİD “Twitter” və video saytları vasitəsilə "Taliban" hərəkatının keçmiş sözçüsü Hafiz Səid Xanın Əfqanıstan və Pakistandakı qrupların rəhbəri təyin edildiyini açıqlayıb.

Hafiz Səid Xan 10 gün əvvəlki video müraciətində özünə bağlı olan qruplarla İŞİD-ə qoşulduğunu bildirib. İŞİD-in Əfqanıstan və Pakistanda “Əl-Qaidə” və "Taliban"a da meydan oxuya biləcəyini iddia edən bölgənin siyasi ekspertləri İŞİD-in bu ölkələrdəki tərəfdarlarının sayının 30 min olduğunu qeyd edir.

Əfqanıstanın şimal şəhəri olan Məzari-Şərifdə isə İŞİD-ə qarşı döyüşmək üçün “Merg” (“Ölüm”) adlı silahlı qrup yaradılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm