• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fransada 8 yaşlı məktəbli “terrorçu” çıxdı

  • Dünya
  • 29 Yanvar 2015 12:00
  • 578 Baxış
Fransada 8 yaşlı məktəbli “terrorçu” çıxdı

Fransada səkkizyaşlı uşaq terrorçuları dəstəkləməkdə ittiham edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, məktəblinin “Charlie Hebdo” satirik jurnalına hücum edən terrorçuları dəstəklədiyi bildirilir.

Məlumata görə, Əhməd adlı məktəbli jurnalın həlak olan əməkdaşlarının bir dəqiqəlik sükutla yad edilməsində iştirak etməkdən imtina edib. O, terrorçularla həmrəy olduğunu deyib. Təhsil müəssisəsinin rəhbərliyi bu barədə polisə şikayət edib.

Hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, Əhmədin radikal baxışlarının mənbəyini aydınlaşdırmaq üçün onun qohumları dindirilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR