Ollanddan Türkiyəyə “erməni soyqırımı” çağırışı
Bizi izləyin

Dünya

Ollanddan Türkiyəyə “erməni soyqırımı” çağırışı

Fransa prezidenti Fransua Olland Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) təşkil etdiyi illik yeməyə qatılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fransa prezidenti növbəti dəfə Türkiyəni “erməni soyqırımı”nı tanımağa çağırıb.

“Yüzillikdə soyqırımın tanınması istiqamətində yeni bir jest, yeni bir mərhələnin olacağına inanıram”, - Fransa dövlət başçısı qeyd edib.

Ötən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələrində ölən ermənilər üçün verdiyi başsağlığı xatırladan Olland bildirib ki, bunun davamı gəlməlidir. Fransa prezidenti “soyqırım” iddialarının yüzüncü ildönümü ilə bağlı keçiriləcək tədbirlərə qatılmaq üçün 24 apreldə İrəvana gedəcəyini də açıqlayıb.

Fransua Olland Fransanın Dağlıq Qarabağ probleminin həlli üçün səylərini davam etdirəcəyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm