Dünya
Rusiya müxalifətçisi: “Bu, anti-böhran deyil, müharibə planıdır”
“Rusiya Federasiyası hökumətinin anti-böhran planı Ukrayna ilə müharibənin davam etdirilməsini nəzərdə tutur”.
Publika.az xəbər verir ki, bu barədə “Facebook” səhifəsində Rusiya müxalifətçisi Boris Nemtsov bildirib.
“Tibb, təhsil, mədəniyyəti, yəni praktik olaraq bütün sahələrdə xərclər azaldılıb. Yalnız hərbi xərclərdən başqa. Hərbi xərclər astronomik ölçüdə - 2014-cü illə müqayisədə 33 faiz artırılıb. Sülh dövründə belə bir artım qeyri-mümkündür. Bu, müharibə büdcəsidir. Rusiya anti-böhran deyil, müharibə planı qəbul edib”, - müxalifətçi qeyd edib.
Qeyd edək ki, ölkənin baş naziri Dmitri Medvedev Rusiya üçün anti-böhran planı hazırlayıb və imzalayıb. Maliyyə naziri Anton Siluanov deyib ki, anti-böhran planına əsasən, hökumətin xərci dondurulacaq və struktur islahatları həyata keçiriləcək.
Xatırladaq ki, Rusiya anti-böhran planını sonuncu dəfə 2009-cu ildə qəbul edib. O zaman ölkənin büdcə kəsiri ümumi daxili məhsulun 5,9 faizinə çatmışdı. Bu il üçün isə həmin rəqəmin 2-3 faiz olacağı proqnozlaşdırılır. Bu səviyyənin qalxmaması üçün Rusiya 2015-ci ilin büdcə xərclərində ixtisar planlaşdırır. Artıq Maliyyə Nazirliyi xərclərin 10 faiz azaldılacağını bildirib. Lakin bu, ilkin addımdır. Büdcə xərclərinin azaldılması 15 faizə çatdırıla bilər.
Ömər Dağlı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"