
Bu gün səhər saatlarında Ermənistan hərbi qulluqçusu intihar edib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Aykaz Barseqyanın turnikdən asılmış bədəni “N” saylı hərbi hissənin təlim meydançasında aşkar edilib. Məlumata görə, hadisə ilə bağlı araşdırmalar başlayıb.
Ömər Dağlı