• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Uşaqlar Putinin “Novorossiya”sı üçün ölürlər - VİDEOFAKT

  • Dünya
  • 29 Yanvar 2015 14:59
  • 975 Baxış
Uşaqlar Putinin “Novorossiya”sı üçün ölürlər - VİDEOFAKT

“Luqans Xalq Respublikası” separatçı qurumun döyüşçüləri “Vkontakte” sosial şəbəkədəki səhifələrində “Yeni qvardiyaçı” batalyonu haqqında təbliğat xarakterli videoçarx yerləşdiriblər.

Publika.az xəbər verir ki, batalyonun tərkibinə 16-18 yaş arası oğlan və qızlar daxildir.

Ekspertlər qeyd edir ki, videoçarx təbliğat məqsədi daşıyır. Məşhur blogger İrakli Komaxidze bildirir ki, videoçarxda azyaşlıların “Novorossiya” üçün ölməyə hazır olduğu göstərilib.

Terrorçular danışır ki, Lisiçansk və Severodonetsk şəhərlərində “Yeni qvardiyaçı” batalyonunu formalaşdırmaq məhz azyaşlıların ideyası olub: “Yeniyetmələr Lisiçansk və Severodonetsk şəhərlərində özlərinin batalyonunu formalaşdırdılar. Ona görə ki, 18 yaşı olmayan oğlan və qızları qoşuna götürmürdülər”.

Məlumata görə, Lisiçanskda gedən son döyüşlərdə “yeni qvardiyaçılar”ın bir hissəsi həlak olub. Batalyonda hazırda 54 nəfər qalıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR