Lukaşenko: “Biz rus dünyasının bir hissəsi deyilik”
Bizi izləyin

Dünya

Lukaşenko: “Biz rus dünyasının bir hissəsi deyilik”

“Bəzi “ağıllılar” var ki, Belarusun “rus dünyası”nın, az qala Rusiyanın bir hissəsi olduğunu bildirirlər. Bunu unudun”.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə mətbuat konfransında deyib.

Belarus prezidenti qeyd edib ki, ölkənin müstəqilliyinə hörmət etmək çox əhəmiyyətlidir: “Belarus suveren və müstəqil dövlətdir. Biz Belarusun müstəqil olmadığını düşünənlərin hamısını müstəqilliyimizə hörmət etməyə məcbur edəcəyik”.

Lukaşenko həmçinin bildirib ki, Rusiya torpaqlarına iddia etmir: “Mən bir vaxtlar Smolensk, Bryansk və Pskov haqqında danışırdım. Bu, ritorik zarafat idi. Bizə başqalarının torpaqları lazım deyil. Öz torpaqlarımızı da kiməsə verməyi arzu etmirik. Arzu olunan odur ki, bu torpaqlar bizim uşaqlarımıza və nəvələrimizə qalsın”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm