Dünya
Arvadının başını kəsdi
Qadınlara qarşı zorakılıq halları səngimək bilmir. Bu dəfə 29 yaşlı ər 20 yaşlı həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Umraniye mahalında yaşayan, özəl şirkətlərin birində sürücü kimi çalışan Mehmet A. mübahisə zəminində 4 illik həyat yoldaşı Songül A.-nı öldürüb.
Hüqüq mühafizə orqanlarının yaydığı məlumatda qeyd olunur ki, içkili vəziyyətdə olan ərlə arvadı arasında maddi sıxıntı səbəbindən mübahisə yaranıb. Bir qədər sonra isə cütlük bir-birinə fiziki güc nümayiş etdiriblər. Nəticədə, əsəbiləşən ər mətbəxdəki bıçaqla arvadına hücum çəkib. Mehmet Songülə qarın nahiyəsindən bir neçə dəfə bıçaq zərbəsi endirib. Bununla hirsi soyumayan ər arvadının boğazını kəsib və evdən qaçıb.
Gənc qadının iniltisinə gələn qonşular hadisə ilə bağlı polis əvvəl təcili tibbi yardıma məlumat veriblər. Xəstəxanaya çatdırılan Songül həkimlərin səyinə baxmayaraq, əməliyyat masasında dünyasını dəyişib.
Qeyd edək ki, polis əməkdaşları arvadını qətlə yetirmiş şəxsi olaydan bir gün sonra yaxalamağa müvəffəq olublar. O, ifadəsi alınmaq üçün Asayiş Şöbə Müdirliyinə gətirilib. İstintaq zamanı Mehmet A.-nın yaralama və ailədaxili şiddət səbəbilə məhkumluğunun olduğu ortaya çıxıb. Məlum olub ki, o, bir neçə dəfə həyat yoldaşına zor tətbiq edib, Songülə ağır bədən xəsarətləri yetirib.
Polis hadisə ilə bağlı istintaqı yekunlaşdırdığından Mehmet barəsində qərar verilməsi üçün məhkəmə qarşısına çıxarılıb.
Vazeh
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK