Separatçılar daha bir şəhərə girdilər – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Separatçılar daha bir şəhərə girdilər – SON DƏQİQƏ

Separat qüvvələr tanklarla Qorlovka şəhəri istiqamətindən Uqleqorsk şəhərinə daxil olublar.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkəsindəki səhifədə könüllü Aleksey Moçanov yazıb.

“Hər iki tərəfdən itkilər var, döyüş gedir. Bizə kömək lazımdır”, - o qeyd edib.

O həmçinin bildirib ki, düşmənin hücumu barədə informasiya Baş qərargah, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinə göndərilib: “Onlar söz verirlər ki, köməyin tezliklə çatdırılması üçün bütün tapşırıqlar verilib”.

Uqleqorskda döyüşün getdiyi barədə informasiya anti-terror əməliyyatları mərkəzinin mətbuat xidmətindən də təsdiqlənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm