İŞİD Kobanini bombaladı
Bizi izləyin

Dünya

İŞİD Kobanini bombaladı

Kobaniyə nəzarətin tamamilə kürdlərin əlinə keçdiyi barədə xəbərlərdən üç gün sonra İŞİD terror qruplaşması yenidən fəallaşıb.

Publika.az “haberturk.com” saytına istinadən xəbər verir ki, İŞİD Kobaninin Türkiyə sərhədinə yaxın məhəllələrini minaatanlardan atəşə tutub.

Hücum zamanı kobanili 4 mülki vətəndaşın yaralandığı bildirilir. Atəşin uzaq nöqtədən edildiyi deyilir. Yaralılardan biri “beş aydır ki, sərhədə yaxın ərazidə yaşayırıq. Çay içdiyimiz vaxt atəşə hədəf olduq. Nə olduğunu belə anlamadıq. Özümə gələndə xərəkdə idim” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm