“Hey, Barak, hər zaman sənin valentinin olacam”
Bizi izləyin

Dünya

“Hey, Barak, hər zaman sənin valentinin olacam”

“Hey, Barak, hər zaman sənin valentinin olacam”

Artıq bir müddətdir ki, dünya mediasında ABŞ prezidenti Barak Obama ilə birinci ledinin boşanması haqda yayılan xəbərlərə cütlük özünəməxsus şəkildə cavab verib.

“Qafqazinfo” xəbər verir ki, prezident 14 fevral “Valentin günü”ndə facebook hesabında həyat yoldaşı ilə fotosunu paylaşaraq “Valentin günün mübarək, Mişel” statusunu paylaşıb.

Birinci ledi isə öz növbəsində instagram səhifəsində “Hey, Barak, mən hər zaman sənin valentinin olacam” sözlərini yazıb.

Xatırladaq ki, dünya mediasında Barak Obamanın Mişelə müğənni Beyonsla xəyanət etməsi ilə bağlı xəbərlər yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm