Dünya
İŞİD Livana “əmir” təyin etdi
ABŞ-ın “Times” nəşri İŞİD terror qruplaşması ilə bağlı bir iddia irəli sürüb.
Publika.az xəbər verir ki, qəzet İŞİD-in Livana yeni hücumları idarə edəcək “əmir” təyin etdiyi yazıb.
“İŞİD sələfi şeyxi Əhməd Əsiri yeni hücumlar üçün Livan əmiri təyin edib. Bu, təşkilatın Livanda fəaliyyətini genişləndirmək istəyinin olduğunu göstərir. Şeyx Əhməd Əsirin təyinatı İŞİD-inSuriya-Livan sərhədində Livan əsgərlərində etdiyi hücumdan bir neçə gün sonra reallaşıb. Hücumda səkkiz Livan əsgəri həyatını itirmişdi”, - Amerika nəşri bildirib.
Livan təhlükəsizlik mərkəzinin başçısı Abbas İbrahimin sözlərinə görə, bu ay təxminən 700 nəfər qurumdan ayrılaraq İŞİD-ə qoşulub. İbrahim İŞİD-in Livan sərhədindəki kəndləri ələ keçirərək Suriyadakı mövqeyini gücləndirməyə çalışdığını və Əsəd dəstək verən “Hizbullah”ı sıradan çıxarmağı planlaşdırdığını ifadə edib.
Ömər Dağlı
-
Magazin123:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ