Çankaya köşkü Əhməd Davudoğluya verildi
Bizi izləyin

Dünya

Çankaya köşkü Əhməd Davudoğluya verildi

Bu gün səhər saatlarında Türkiyədə 90 ildi prezident iqamətgahı kimi fəaliyyət göstərən Çankaya köşkündən dövlət atributları sökülüb.

Publika.az-ın Kanal D-yə istinadən verdiyi məlumata görə, Çankaya köşkü Əhməd Davudoğlunun sərəncamına verilib. Belə ki, bundan sonra Çankaya köşkündə Türkiyənin Nazirlər Kabineti yerləşəcək.

Qeyd edək ki, Çankaya köşkü Türkiyə Cümhuriyyətinin ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən president iqamətgahı kimi istifadə olunub. Ərdoğana qədər də bütün prezidentlər Çankayada fəaliyyət göstəriblər. Amma Ərdoğan prezident seçildikdən sonra yeni iqamətgah inşa etdirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm