Rusiyada ölüm hökmü bərpa olunacaq
Bizi izləyin

Dünya

Rusiyada ölüm hökmü bərpa olunacaq

Rusiya bu ilin sonuna qədər Avropa Şurası Parlament Assambleyasına daxil olmaq üçün götürdüyü öhdəlikləri ləğv edəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət dumasının vitse spikeri İqor Lebedev deyib.

“Rusiya 1996-cı ildə Avropa Şurasına daxil olmaq üçün ölüm hökmünü ləğv etmişdi. Rusiyanın AŞPA-dakı nümayəndəsinin fəaliyyəti bu ilin sonuna qədər dayandırıldı. Rusiya Avropa Şurasına üzvlükdən də çıxarılsa rəsmi Moskva vaxtilə ləğv etdiyi qərarları, o cümlədən ölüm hökmünü yenidən qaytaracaq", - Lebedev əlavə edib.

Ötən gün Avropa Şurası Parlament Assambleyasının komissiya iclasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin qurumun aprel sessiyasına qədər dondurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm