
Səudiyyə Ərəbistanında vəfat edən Abdullah bin Əbdüləzizin yerinə keçən Salman bin Əbdüləziz yeni vəzifəsinə başlayarkən Twitterdə status paylaşıb.
Publika.az-ın məlumatına görə, Kral Salmanın atdığı tvit qısa müddətdə 250 minən çox istifadəçi tərəfindən təqib edilməklə record qırıb.
Kral atdığı tvitdə bu sözləri yazıb: ' Allahdan xalqıma xidmətdə və istəklərini yerinə yetirməkdə məni müvəffəq etməsini, vətənimizə və ümmətimizə güvən və sabitlik əxz etməsini, bütün pisliklərdən qorumasını niyaz edirəm''.