Britaniya Rusiyadan izahat istədi
Bizi izləyin

Dünya

Britaniya Rusiyadan izahat istədi

Rusiyanın Britaniyadakı sıfiri xarici işlər nazirliyinə çağrılaraq rus hərbi təyyarələrinin La-Manş boğazı üzərindən, Britaniya ərazisinə yaxın uçması ilə bağlı izahat istənilib.

Publika.az-ın məlumatına Britaniya rus hərbi təyyarələrinin uçuşunun mülki aviasiya üçün manelələr yaratdığını deyib.

Britaniyanın "Tayfun" qırıcı təyyarələri dərhal havaya qaldırılıb və onlar rus bombardmançı təyyarələrini yarım saat müşayiət ediblər.

Amma Britaniya Müdafiə Nazirliyi rus təyyarələrinin onun hava məkanına girmədiyini də təsdqiləyib.

Rusiya bildirib ki, bombardmançıların uçuşları neytral sular üzərində uçuş haqda beynəlxalq normalara uyğun aparılır. Heç bir ölkənin hava məkanına müdaxilə edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm