• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Lukaşenko: “Nə Qərb, nə də Moskva məni əyməyə qadir deyil”

  • Dünya
  • 30 Yanvar 2015 07:10
  • 498 Baxış
Lukaşenko: “Nə Qərb, nə də Moskva məni əyməyə qadir deyil”

“Nə Qərb, nə də Moskva məni əyməyə qadir deyil”.

Publika.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçirdiyi mətbuat konfransında deyib.

“Mənin pensiyaya göndərilməsinə gəlincə, bundan əvvəl də Kremldə çox sərt şəkildə bildirmişəm ki, məni əymək mümkün deyil. Nə Moskva, nə də Qərb mən əyməyə qadir deyil. Mən asmaq, öldürmək olar, amma məni siyasi kursumu dəyişdirməyə məcbur etmək mümkün deyil”, - Lukaşenko bildirib.

Siyasətçi əlavə edib ki, o, yalnız xalqın qərarı olacağı halda postundan gedəcək. Lukaşenko həmçinin növbəti prezident seçkilərində namizədlərin təhlükəsizliyinə zəmanət verib.

Qeyd edək ki, Belorusda prezident seçkiləri 2015-ci ilin noyabrında keçiriləcək. Seçkilərin dəqiq tarixi Mərkəzi Seçki Komissiyası tərəfindən avqustda müəyyən ediləcək. Aleksandr Lukaşenko 1994-cü ildən Belorusa rəhbərlik edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR