Rusiya Amerika məmurlarını “qara siyahı”ya saldı - Siyahı
Bizi izləyin

Dünya

Rusiya Amerika məmurlarını “qara siyahı”ya saldı - Siyahı

Maldiv adalarında rusiyalı Roman Seleznyovun oğurluğunda məsuliyyət daşıdığı iddia olunan ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları Rusiya tərəfindən “qara siyahı”ya salınıb.

Publika.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

“Söhbət 2014-cü ilin iyulunda Rusiya vətəndaşı Roman Seleznyovun Maldiv adalarında oğurlanması ilə əlaqəsi olan ABŞ Ədliyyə Nazirliyinin əməkdaşlarından gedir. Bunlar Çarlz Set Uilkinson, İtan Rey Arenson, Ketrin Uorma və Norman Barbosadır”, - Lukaşeviç deyib.

Diplomatın sözlərinə görə, adıçəkilən şəxslər insan hüquqlarının kobud pozuntularına yol verib. Onların Rusiya Federasiyasının ərazisinə girişi qadağan edilib. “Qara siyahı” “Maqnitski siyahısı”nın genişlədilməsinə cavab olaraq hazırlanıb. Ötən ilin dekabr ayının sonunda ABŞ Maliyyə Nazirliyi “Maqnitski siyahısı”nın açıq hissəsinə dörd rusiyalı məmurun adını daxil edib. Bunlar Çeçenistan Respublikasının daxili işlər nazirinin müavini Apti Alaudinov, Çeçenistanın prezident administrasiyasının rəhbəri Məhəmməd Daudov, Rusiya Federasiyası Baş prokurorun müavini Andrey Strijov və Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqi Viktor Qrindir.

Qeyd edək ki, Roman Seleznyov 2014-cü ilin 5 iyul tarixindfə Maldivin paytaxtı Malenin aeroportunda Amerika agentləri tərəfindən həbs edilib. O, bank rekvizitlərinin oğurluğunda ittiham olunub. Seleznyov daha sonra Quam adasındakı həbsxanaya aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm