Evlilik təklifi alan qadın qayadan yıxıldı
Bizi izləyin

Dünya

Evlilik təklifi alan qadın qayadan yıxıldı

İspaniyaya məxsus İbiza adasında yerləşən Kala Traida kurort şəhərində bədbəxt hadisə baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sevgilisindən evlilik təklifi alan qadın sevincindən göyə hoppanarkən qayadan yıxılaraq həlak olub.

29 yaşlı Bolqarıstan vətəndaşı Dimitrina Dimitrova dostunun ofisiant işlədiyi adaya gəlib. Gənc oğlan onu qaya üzərində gəzişməyə dəvət edib. Oğlan Dimitrinaya evlilik təklif edib. Evlilik təklifi alan qadın sevincindən emosiyalarını saxlamayaraq hoppanıb. Nəticədə, tarazlığını qoruyub saxlaya bilməyən qadın 20 metrlik qayadan aşağı yıxılıb.

Hadisə yerinə tibb işçiləri gələndə Dimitrina sağ olub. Lakin bütün səylərə baxmayaraq, qadın aldığı zədələrdən bir neçə dəqiqə sonra keçinib.

Polis bölməsindən verilən məlumata əsasən, qadının ölümü bədbəxt hadisə kimi qiymətləndirilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm