Ukrayna ordusu separatçılara “cəhənnəm” yaratdı
Bizi izləyin

Dünya

Ukrayna ordusu separatçılara “cəhənnəm” yaratdı

Dünən gecə Donetsk vilayətinin Debaltsevo şəhəri yaxınlığında Ukrayna hərbi qüvvələri ilə separatçılar arasında şiddətli döyüşlər gedib.

Publika.az “RBK-Ukrayna” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Qvardiyanın döyüşçülərindən biri bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya qoşunları və separatçıların onlarla tankını məhv edərək rəqibin hücumunu dayandırıblar.

“Ən qızğın döyüşlər Uqleqorsk, Debaltsevo və Qorlovka ərazisində olub. Rəqib yol açmağa çalışırdı və bu kütləvi şəkildə tankların hücumu idi. Rəqibin onlarla tankını yandıra bildik və onları geri tulladıq. Debatlsevonu bizim üçün cəhənnəmə çevirmək istəsələr də, bu alınmayacaq. Onlar tamamilə axmaqlıq edərək insanları və texnikanı qurban verirlər”, - döyüşçü deyib.

Məlumata görə, dünən Debaltsevo sakinləri şəhəri tərk etməyə çalışsa da, avtobuslar atəş altına düşüblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm