• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Evə basqın edildi - baş kəsildi - ŞOK OLAY

  • Dünya
  • 30 Yanvar 2015 11:20
  • 1 514 Baxış
Evə basqın edildi - baş kəsildi - ŞOK OLAY

37 yaşlı qadın soyğunçuların hücumuna məruz qalıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmirin Buca mahalında yaşayan Özlem Çingil evində başı kəsilmiş və ürəyindən bıçaqlanmış vəziyyətdə aşkarlanıb.

Hüquq mühafizə orqanlarının yaydığı məlumata görə, hadisə Atatürk məhəlləsi 202/57, küçə 8-də qeydə alınıb.

Hadisə ilə bağlı polisi məlumatlandıran qonşuların sözlərinə görə, Özlemin yaşadığı mənzildən çığırtı, dava-dalaş səsləri gəlib. Bundan sonra onlar dərhal polisə telefon açıb, olay yerinə çağırıblar. Polis Özlem Çingilin evinə daxil olduqda qadını yerdə qan içində aşkarlayıblar. Hələ ki şəxsiyyəti müəyyənləşdirilməyən qarətçilər onu ürəyindən bıçaqladıqdan sonra başını kəsiblər. Nəticədə, qadın hadisə yerində dünyasını dəyişib.

Polisin araşdırmaları nəticəsində ev sahibəsinin bədəninin müxtəlif nahiyəsində qançırların olduğu, ona işgəncə verildiyi məlum olub.

Hadisə şahidlərinin sözlərinə görə, olaydan bir qədər sonra Özlem Çingilin evindən 2 nəfər naməlum kişi çıxıb.

Hazırda polis həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsi, onların yaxalanması istiqamətində müvafiq araşdırmaları davam etdirir.

Vazeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR