İordaniya İŞİD-ə “atdı”
Bizi izləyin

Dünya

İordaniya İŞİD-ə “atdı”

İordaniya hakimiyyəti yaponiyalı girovun azad edilməsi ilə bağlı “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının tələbini yerinə yetirməkdən imtina edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İordaniya ötən il İŞİD-ə girov düşən pilotunun sağ olduğuna əmin olmadığı üçün belə bir addım atıb.

Qeyd edək ki, İŞİD İordaniyada həbsdə saxlanılan terrorçu qadın Sajida əl-Rişavinin azad olunmayacağı halda iordaniyalı pilot Muat Safi əl-Kasiyeşbi və yapon jurnalist Kenji Qotonu öldürəcəklərini açıqlamışdı. İordaniya pilotun sağ qaldığını göstərən sübutları tələb edib.

Kenji Qoto və Muat Safi əl-Kasiyeşbinin dünən axşam saatlarında Türkiyə-Suriya sərhədində dəyişdirilməsi nəzərdə tutulurdu. İŞİD-in girovluğunda olan Yaponiya və İordaniya vətəndaşları haqqında məlumat yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm