Rusiya Ukraynaya görə 200 milyard dollar itirdi
Bizi izləyin

Dünya

Rusiya Ukraynaya görə 200 milyard dollar itirdi

Rusiya neftin qiymətinin düşməsi və sanksiyalara görə 2014-cü ildə 200 milyard dollar itirib.

Publika.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov CNBC telekanalında çıxış edib.

Nazir bildirib ki, 200 milyardın təxminən 50 milyard dolları sanksiyaların “payına” düşür.

Qeyd edək ki, 2014-cü ilin əvvəlindən neftin qiyməti iki dəfədən çox azalıb. Analitiklər “qara qızıl”ın qiymətinin kəskin düşməsini bazarda xammalın bolluğu ilə izah edirlər. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) noyabrın 27-də neft hasilatını gündəlik 30 milyon barel səviyyəsində saxlaması da qiymətin düşməsini sürətləndirib.

Bu həftə Rusiya Federasiyasının hökuməti anti-böhran planını qəbul edib. Plan əlverişsiz xarici iqtisadi və xarici siyasət fonunda iqtisadiyyatın və sosial sabitliyin davamlı inkişafını nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm