Qardaşlar 1 milyard dolları kimə bağışladı? – İNANILMAZ İANƏ
Bizi izləyin

Dünya

Qardaşlar 1 milyard dolları kimə bağışladı? – İNANILMAZ İANƏ

ABŞ-da 2016-cı il prezident seçkiləri öncəsi Demokratlar Partiyasını şoka sala biləcək bir ianənin miqdarı açıqlanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, milyarder Kox qardaşları seçki təbliğatı üçün respublikaçılara 898 milyon dollar bağışlayıb.

Qeyd edək ki, Çarlz və Devid qardaşları 2012-ci il prezident seçkilərində də respublikaçıları dəstəkləmiş və seçki təbliğatı üçün külli miqdarda pul ayırmışdı. Lakin respublikaçıların namizədi Mit Romni Barak Obamaya məğlub olmuşdu. Devid Kox seçkilərin nəticələri ilə bağlı müsahibəsində Romninin məğlubiyyətini “acı məyusluq” adlandırmışdı.

Amerikanın ən varlı milyarderlərindən olan Çarlz və Devid qardaşlarının adı tez-tez siyasi qalmaqallarda hallanır. 2013-cü ilin oktyabr ayında qardaşlara qarşı irəli sürülən ittiham isə kifayət qədər ciddi idi: onlar gizli şəkildə respublikaçılara sponsorluq edirlər. “In These Times Liberal” nəşrinin araşdırmasına görə, “Koch İndustries” şirkəti özünün on minlərlə əməkdaşına göndərdiyi məktub respublikaçı siyasətçilərin adlarının yer aldığı bildirilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm